Azərbaycan prezidenti Qazaxıstana işgüzar səfərə gedib
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak edəcək
Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstana işgüzar səfərə gedib.
"Dalğa TV" -nin məlumatına görə, Astana şəhərinin hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.