SOCAR Çilov adasında neft hasilatını artıracaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çilov adasında böyük qazma qurğuları yerləşdirmək niyyətindədir.
R.Abdullayev qeyd edib ki, gələcəkdə bu adanı inkişaf etdirmək üçün böyük qurğuların burada yerləşdirilməsi məsələsinə də baxılır.
Onun sözlərinə görə, həm də "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənmə proqramı çərçivəsində burada qurğular yerləşdiriləcək: "Bu adada müəyyən iş yerlərinin açılması ilə bağlı planlarımız var".
Qeyd edək ki, Çilov adasında "28 May" yatağının istismarı ilə məşğul olan 28 May adına Neft və Qazçıxarma İdarəsi yerləşir.