Ərdoğandan Rusiyaya sərt MESAJLAR

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yaponiyaya səfər etməzdən qabaq jurnalistlərə açıqlamalar verib.

"Dalğa TV" Türkiyə KİV-nə istİnadən xəbər verir ki, Ərdoğan Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasına sərt reaksiya verib:
Vəziyyət aydındır: Türkiyənin hava məkanının pozulması NATO-nun hava məkanının pozulması deməkdir. Qeyd etməliyəm ki, Rusiyanın bu məsələ ilə bağlı izahatı inandırıcı deyil .

Ərdoğan Türkiyənin Rusiyadan qaz alan əsas ölkə olduğnuu vurğulayaraq, münasibətlərin pisləşəcəyi halda Rusiyadan qaz alışı barədə qərara yenidən baxa biləcəklərini deyib:

Biz Rusiyadan qaz alan əsas ölkəyik. Türkiyəni itirmək Rusiya üçün ciddi zərbə olacaq. Ehtiyac olarsa, biz qazı başqa yerlərdən də ala bilərik .

Rəcəb Tayyip Ərdoğan Rusiya şirkətləri tərəfindən inşa olunacaq Akkaya Atom Elektrik Stansiyasının da başqa ölkələr tərəfindən inşa olunmasına baxa biləcəklərini vurğulayıb.

Sentybarın 30-dan başlayaraq Rusiyanın Suriyada hava əməliyyatlarına başlaması rəsmi Ankaranın ciddi narazılığına səbəb olub.