İlham Əliyev nazirləri topladı

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Prezidentin sədrliyi ilə keçirilən müşavirədə iqtisadiyyat və sənaye, səhiyyə və təhsil nazirləri çıxış ediblər.

Prezident İlham Əliyevin sədrliyi ilə iclas keçirilib.

"Dalğa TV"nin məlumatına görə, müşavirə 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Prezident İlham Əliyev iclası giriş nitqi ilə açıb. Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.

İclasın sonunda prezidenti yekun nitqi söyləyib.

Bundan əvvəl iyulun 13-də İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.