Neftin qiyməti 40-60 dollar arasında dalğalanacaq
Dünyanın ən müstəqil neft treyderinin icraçı direktoru proqnoz verib.
Dünyanın ən böyük enerji treyderi olan "Vitol Group BV"nin icraçı direktoru neftin gələcək qiymətləri barədə "Bloomberg News" ilə müsahibəsində neftin qiymətinin 5-10 il arasında 40-60 dollar arasında dalğalanacağı proqnozunu verib.
"Dalğa TV" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Dünyanın ən müstəqil neft trayderinə görə, neftin qiymətləri Çin iqtisadi inkişafın yavaşlaması ilə birlikdə on il ərzində aşağı olaraq qalacaq.
"Ani bir qiymət artımı mümkün görünmür", - deyən "Vitol Group BV" icraçı direktoru İan Teylor, müsahibəsində qarşıdakı on il ərzində neftin orta qiymətinin 50 dollar ola biləcəyi proqnozunu verib.
Teylor, "Təxmin etdiyimiz qiymət 40-60 dollar arasındadır. Qiymətlərin 5-10 il içərisində 40-60 dollar arasında dəyişəcəyini düşünürəm", - deyib.
İntervalın alt sərhədi, hazırda 35 dollar ətrafında satılan Brent neftin qiymətində çox az artım olacağı mənasına gəlir, üst sərhəd isə neft qiymətlərini iyul 2015-ci il səviyyələrinə qayıtması deməkdir.