Fransanın Azərbaycandakı keçmiş səfiri Gürcüstana səfir təyin edilib
Fransanın Azərbaycandakı keçmiş səfiri Paskal Monye bu gün etimadnaməsini Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə təqdim edib.
"Dalga TV"nin Gürcüstan prezidentinin saytına istinadən verdiyi xəbərə görə, mərasimin rəsmi hissəsindən sonra Gürcüstan prezidenti ilə yeni səfir arasında görüş keçirilib.
Tərəflər iki ölkə arasında münasibətləri müzakirə edib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
G. Marqvelaşvili səfirə fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, P. Monye martın 4-də etimadnaməsinin surətini Gürcüstan xarici işlər naziri Mixael Canelidzeyə də təqdim edib.