İlham Əliyevin Ankara səfəri başladı
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısına qatılmaq üçün Türkiyəyə yollanıb.
Azərbaycan prezidenti Esenboğa hava limanında Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan tərəfindən qarşılanıb.
Dövlət başçısının rəsmi qarşılanma mərasimi olub. Bu dəqiqələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş başlayacaq.
Xatırladaq ki, prezident İlham Əliyev fevralın 13-də Ankarada həyata keçirilən terror aktından sonra Bakıda keçirilməsi planlaşdırılan YSƏŞ-in V toplantısının Ankarada keçirilməsini təklif edib.