Zakir Həsənov: Bakı, Ankara və Tbilisi Anlaşma Memorandumu imzalayacaq
Müdafiə nazirləri regiondakı hərbi-siyasi vəziyyəti və təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkili, kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli Anlaşma Memorandumunun imzalanmasını nəzərdə tutur.
“Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq”, - deyə Zakir Həsənov bildirib.
Azərbaycanın müdafiə naziri həmçinin gələcəkdə bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Zakir Həsənov həmçinin qeyd edib ki, üçtərəfli görüşdə müdafiə nazirləri regiondakı hərbi-siyasi vəziyyəti və təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Həmçinin Qəbələ görüşündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, xüsusən son zamanlarda münaqişə zonasında gərginliyin artması da diqqət mərkəzində olub.
“Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini və bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə qarşı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyini bir daha qeyd etdik”, - deyə Zakir