BP VƏ SOCAR Anlaşma Memorandumu imzaladı

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

D230 bloku dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.

BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalayıb.

Bu barədə “BP-Azerbaijan” şirkətindən Oxu.Az-a bildirilib.

Şirkətdən verilən məlumata görə, Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökümət planının bir hissəsi kimi, bu memorandum BP-yə D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar barədə müstəsna hüquq verir.

Məlumata görə, Anlaşma Memorandumu Bakıda Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.

Qeyd edək ki, D230 bloku suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.