Gürcüstanda seçkinin nəticələri açıqlandı
Gürcüstanda seçkinin nəticələrinə əsasən parlamentdə iki partiya olacaq.
“Qafqazinfo” “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, səslərin 99,41% artıq hesablanıb. Məlumatına görə, "Gürcü arzusu" 48,61% və ya 851 min 945 səs, "Vahid milli hərəkat", 27,04% və ya 473 min 896 səs toplayıb.
"Vətənpərvərlər alyansı" partiyasına isə 5%-lik səddi keçmək üçün 0,01 % səs çatmayıb. Digər partiyalar da tələb olunan səsi toplaya bilməyib.