Rusiya təhlükəsi: Gürcüstan ordunu gücləndirir
Gürcüstan Rusiyadan gələn təhlükəyə qarşı öz müdafiə qabiliyyətini gücləndirəcək.
Dalga tv Xəbər.ge-yə istinadən xəbər verir ki, bunu parlament qarşısında çıxışı zamanı Gürcüstan Müdafiə naziri Levan İzoriya söyləyib. O, Gürcüstan ordusunun yüksək döyüş qabiliyyətinin Rusiyanın hücum riskini azaldacağını bildirib:
“Biz 2008-ci il müharibəsinin təcrübələrindən faydalanacağıq. Hazırda ordu üçün əsas prioritet raketdən müdafiə sistemilərinin gücləndirilməsidir. Biz həmçinin ordu idarəçiliyinin desentralizasiyasını həyata keçirəcəyik. Bu isə lazımlı məqamlarda qərarların müstəqil surətdə verilməsi üçün ediləcək”.