Səfir: Gürcüstan və Türkiyəni strateji tərəfdaşlıq birləşdirir

Türkiyədə həyata keçirilən konstitusiya dəyişiklikləri Gürcüstan-Türkiyə münasibətlərinə heç bir problem yaratmayacaq, belə ki, bu münasibətlər möhkəm fundament üzərində qurulub və gələcəkdə onlar daha da dərinləşəcək və güclənəcək.  

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü bəyan edib.  

“Gürcüstan-Türkiyə münasibətləri olduqca  möhkəm fundament üzərində qurulub, bizi çox möhkəm strateji tərəfdaşlıq birləşdirir və bunu heç nə dəyişə bilməz.

Gələcəkdə biz Gürcüstan-Türkiyə münasibətlərinin yalnız dərinləşməsini gözləyirik”, - səfir deyib.