Millət vəkili düşmənlə üz-üzə
Millət vəkili Qənirə Paşayeva Tovuzun düşmənlə sərhəd kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Dalga tv Axar.az-a istinadən xəbər verir ki, sakinlərin ən çox müraciəti övladlarına iş tapmaq, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
Q.Paşayeva problemlərin həlli üçün Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. qurumlarla əlaqə saxlayıb, xəstələrin müalicə üçün xəstəxanalara yerləşdirilməsinə dəstək göstərib.
Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində müvafiq qurumlarla müzakirələr aparıb.
Millət vəkili eyni zamanda rayonun digər kəndlərini də ziyarət edib, bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.