İrakli Kobaxidze: "Məqsədimə çata bilməsəm istefa verəcəm"
Mən Gürcüstanda proporsiyonal seçki sisteminə keçilməsini zəruri hesab edirəm və bu seçki sisteminin dəyişdirilməsini qarşıma əsas məqsəd olaraq qoymuşam.
Dalga tv-nin Xəbər.ge-yə istinadən məlumatına görə, bu barədə Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze çıxışında bəyan edib.
Kobaxidze proporsiyonal seçki sisteminə keçilməsini və ajoritar sistemin ləğv olunmasını istədiyini açıqlayıb.
"Parlamentdə olan 116 deputatın fikiri necədir bilmirəm ancaq, mənim fikrimcə bu məsələ ilə bağlı yaxşı nəticə əldə etmək və məqsədə çatmaq olar. Bu məsələ ilə bağlı, konsultasiyalarım olacaq və əminəm ki, seçki sisteminin dəyişidirilməsidə iqtidarın konsensus resursu mövcuddur".
Qeyd edək ki, Kobaxidze jurnalistlərə bu sistemi dəyişdirə bilməyəcəyi təqdirdə istefa verəcəyini də bildirib.