Son dəqiqə! Ermənilər HAZIRDA bu rayonumuzu yandırır
Ermənistan silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib.
Dalga tv-nin apa-ya istinadən xəbərinə görə, yanğın rayonun işğal altındakı Bayramlar, Baş Qərvənd və Kəngərli kəndləri ərazisində müşahidə olunur.
Cəbhə xəttinə yaxın yerləşən Mirəşelli kənd sakinlərinin verdiyi məlumata görə, yanğın olan ərazilərdə erməni silahlı qüvvələrinin basdırdığı minaların partlaması da müşahidə olunub.