Azərbaycan XİN rəhbəri Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışıb

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. “Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, - deyə H. Hacıyev vurğulayıb.

H. Hacıyev onu da əlavə edib ki, Azərbaycan XİN rəhbəri məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.