Azərbaycan hərbçiləri Gürcüstanda NATO kursunu başa vurub

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO-nun loqistika üzrə kursu başa çatıb.
 

APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, kursda Azərbaycan hərbçiləri ilə yanaşı, Gürcüstan və Moldova hərbçiləri də iştirak edib.


Kursu başa vurmuş hərbçilərə sertifikat və diplomlar təqdim olunub.


Norveç və Finlyandiyadan olan təlimçilərin keçdiyi kursda iştirakçılar NATO-nun loqistika konsepsiyası və funksiyaları, əməliyyatlara loqistik dəstək, çoxmilli loqistika üzrə əməliyyatlar və onların koordinasiyası barədə nəzəri və praktiki biliklər əldə ediblər.


NATO-nun loqsitika üzrə kursu Gürcüstanda ikinci dəfədir keçirilir.