Azərbaycanda qış vaxtı başlayır

altOktyabrın 26-da yerli vaxtla saat 5.00-da Azərbaycan ərazisində saatlar bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.

ANS PRESS-in məlumatına görə, qış vaxtı mart ayınadək davam edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.