Dalga Televiziyasi Tiflisdə Gürcüstan hökumətinin dəftərxanası qarşısında etiraz aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3302
DünənDünən5773
Bu həftəBu həftə40018
Bu ayBu ay45806
Bu günə qədərBu günə qədər8407437

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə Gürcüstan hökumətinin dəftərxanası qarşısında etiraz aksiyası keçirilib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

"Dalğa TV"nin məlumatına görə, aksiya iştirakçıları hakimiyyət orqanları tərəfindən Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlara etirazlarını bildiriblər.

Aksiyada Gürcüstanın tanınmış adamları, siyasətçilər, "Milli Hərəkat" partiyasının nümayəndələri iştirak ediblər.

Tanınmış ekspert Yelena Xoştaria "Qazprom"un Rusiya dövlətinin əlində bir silah olduğunu və bu silahın Avropa və region ölkələri üçün təhlükəli olduğunu bildirib: "Öncə onu bildirim ki, Rusiyadan qaz alınması bizi Rusiyadan asılı vəziyyətə salır və bu, prinsipcə yolverilməzdir. İkincisi, bu prosesdə danışıqların gizli və qeyri-şəffaf aparılması qəbuledilməzdir. Biz bu barədə yalnız Rusiya KİV-lərindən məlumat öyrənə bilirik. Bu o deməkdir ki, Gürcüstan hakimiyyəti milli təhlükəsizlik məsələləri üzrə gizli danışıqlar aparır. Üçüncüsü odur ki, biz Azərbaycan kimi ən vacib strateji tərəfdaş ölkə ilə münasibətləri korlayırıq. Azərbaycan Gürcüstanın sabit qaz təchizatçısıdır. Bu məsələ bizim üçün prioritetdir ", - Yelena Xoştaria bildirib.

Saytda Axtarış

ახალი ამბები