Dalga Televiziyasi Dünya Bankı Ermənistana kredit ayırdı – 50 milyon
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2931
DünənDünən5773
Bu həftəBu həftə39647
Bu ayBu ay45435
Bu günə qədərBu günə qədər8407066

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya Bankı Ermənistana kredit ayırdı – 50 milyon

Dünya Bankının direktorlar şurası Ermənistana maliyyə yardımı proqramı çərçivəsində 50 milyon dollar məbləğində kredit ayıracaq.

"Dalğa TV" xarici mediaya istinadən xəbər verir ki, vəsait vergi-büdcə, sosial və təbiəti mühafizə sahələrinin sabitliyinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə əhatəli islahatlara yönəldiləcək.

"Bu, inkişaf siyasətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 4 proqramdan üçüncüsüdür. Kreditin ayrılmasında məqsəd ölkənin inkişafında başlıca strateji amil olan iş yerlərinin yaradılması üçün Ermənistan hökumətinə yardım etməkdir", –deyə press-relizdə bildirilir.

Qeyd edək ki, kredit üzən faiz dərəcəsi ilə 25 il müddətinə verilir. Bu müddətin 14,5 ili güzəşt dövrü sayılır.

Xatırladaq ki, Dünya Bankı Ermənistanda inkişaf siyasətinin maliyyələşdirilməsi proqramı çərçivəsində 2013-cü ildə 72 milyon dollar, 2014-cü ilin sonunda 75 milyon dollar həcmində kredit ayırıb.

Saytda Axtarış

ახალი ამბები