Acarıstanda daha bir nəfər donuz qripindən ölüb
Acarıstanda daha bir nəfər H1N1 (donuz qripi) virusundan ölüb.
"Dalğa TV"nin yerli mətbuata istinadən verdiyi xəbərə görə, qripə yoluxan 66 yaşlı kişi yanvarın 29-da müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Bundan sonra onun vəziyyəti pisləşib və ötən gün ölüb.
Acarıstanın İctimai Səhiyyə Mərkəzi bölgədə indiyədək H1N1 virusundan artıq 5 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, Gürcüstan üzrə H1N1 virusundan bu ölüm halı da daxil olmaqla 11 nəfər dünyasını dəyişib.