Zaqatalada iki övlad anası intihar edib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Qadın əsəb xəstəliyindən əziyyət çəkirdi.

Zaqatalada 50 yaşlı qadın intihar edib

"Dalga TV" xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə fevralın 27-i günorta saat 15 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş talvardan asılı vəziyyətdə mərhumun həyat yoldaşının qardaşı tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 50 yaşlı M. Səfərovanın intihar etdiyi məlum olub.

Məlumatda o da bildirilir ki, evli və iki övlad anası olan M. Səfərova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirdi. Qadın intihar edən zaman evdə tək olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.