Dalga Televiziyasi SOCAR Neft Daşlarında bişirilən çörəklərin keyfiyyətinə dair yayılan məlumatlara aydınlıq gətirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3103
DünənDünən5773
Bu həftəBu həftə39819
Bu ayBu ay45607
Bu günə qədərBu günə qədər8407238

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR Neft Daşlarında bişirilən çörəklərin keyfiyyətinə dair yayılan məlumatlara aydınlıq gətirib

SOCAR bəzi yerli KİV orqanlarında Neft Daşlarında bişirilən çörəklərin keyfiyyətinə dair yayılan məlumatlara aydınlıq gətirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR həmkarlarının sağlamlığı şirkət üçün ən vacib məsələ olduğuna görə, bu barədə dərhal araşdırma aparılıb və yayılan xəbərin həqiqətə uyğun olmadığı müəyyən olunub”.

Məlumatda bildirilir ki, Neft Daşlarında tutduğu vəzifədən asılı olmayaraq bütün əməkdaşlar üçün eyni keyfiyyətdə və ölçüdə çörəklər hazırlanır: “Bu istiqamətdə SOCAR-da daimi yoxlamalar aparılır. Habelə bütün yeməkxanalarda xidmət keyfiyyətinin ölçülməsi məqsədilə işçilər üçün jurnallar mövcuddur ki, ora bildirilən irad, təkliflər də tez-tez nəzərdən keçirilir”.

SOCAR Neft Daşlarında bütün işçilərə verilən çörəyin fotolarını təqdim edib: “Bundan sonra da həmkarlarımızın keyfiyyətli ərzaqla təmin edilməsi ilə bağlı mütəmadi monitorinqlər aparılacaq”.

 

Saytda Axtarış

ახალი ამბები