Rusiyada Azərbaycan vətəndaşına atəş açan şəxslər saxlanıldı
Sankt-Peterburq polisləri Azərbaycan vətəndaşını döyməkdə ittiham edilən şəxsləri saxlayıb.
Məlumata görə, onlar zərərçəkənə odlu silahdan atəş açıblar, hadisədən öncə isə onlar “Yestnı” mağazasını soyublar.
Dalga tv Rusiya KİV-nə istinadən xəbər verir ki, üç nəfər saxlanılıb, bu işdə yeni şübhəlilərin meydana çıxacağı ehtimalı var. Ümumilikdə dəyən zərər 59 min 766 rubldan ibarətdir.
Hazırda şübhəlilər saxlanılıb. Onlara dair adam döymək və qarətlə əlaqədar cinayət işi açılıb.