Gürcüstanda 100 ildi yaşayırlar, haqlarında heç kim heç nə bilmir

Bu insanlar artıq yüz ildən çoxdur ki, Gürcüstanda yaşayırlar. 150 nəfərdən ibarətdirlər. Özlərinə məxsus dildə danışır və özlərini "lahıc" adlandırırlar. Əvvəllər tatar xalqı kimi tanınan bu xalq heç yerdə qeydə alınmayıb. Lakin, 1939-cu ildə əhalinin ümumi siyahıya alınmasından sonra hər kəs onları azərbaycanlı hesab etməyə başlayıb. Bu insanlar isə israrla iddia edirlər ki, azərbaycanlı deyillər.

XəzərXəbər xəbər verir ki, bu xalqın kəndi Tbilisini Kaxeti ilə birləşdirən Qombori aşırımında yerləşir. Kənd ilə paytaxt arasındakı yol təxminən 55 kilometrdir. Qalın meşəliklərlə əhatə olunmuş kənd dəniz səviyyəsindən 1,130 metr yüksəklikdə yerləşir. Gürcüstanda yerləşən məhz bu meşəlik ərazilər o vaxt Bakı quberniyasından gələn insanların sığınacaq üçün seçdiyi yerlərdən olub. Özlərini lahıc xalqı adlandıran bu insanlar hazırda Azərbaycanın İsmayıllı rayonunda yerləşən Lahıc kəndinin sakinləridir.

Köçkünlərin sözlərinə görə, əvvəlcə kişilərdən ibarət qrup buraya gəlib. Regionun demək olar ki, hər yerində, iş və ev tapdıqları yerlərdə məskunlaşıblar. Yerlərini rahatlayıb şərait qurduqdan sonra isə yavaş-yavaş ailələrini də gətirməyə başlayıblar. Nəticədə İkinci Dünya Müharibəsinə qədər lahıclar birdəfəlik Qombori kəndində məskunlaşıblar.
Kənd sakinlərindən biri, həm də ehtiyatda olan gizir Ayvaz Cəfərov deyir ki, özlərini azərbaycanlı hesab etmirlər: