Yeni və güclü antibiotik yaradıldı
Alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək yeni antibiotik yaratmağa nail olublar.
Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, yeni yaradılan dərmana “Celin” adı verilib.
Qeyd edək ki, yeni maddə dərhal patentləşdirilib.
Hazırda həmin maddənin mikroorqanizmlərin daha geniş qrupuna təsirinin öyrənilməsi üçün ümumi sınaqlar başlanıb.