Son dəqiqə! Metroparkda bomba həyəcanı !
Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən "Metropark" Ticarət Mərkəzi boşaldılıb.
Dalga tv bildirir ki, big.az-ın hadisə yerindən əməkdaşının aldığı məlumata görə, sən demə, 102 qaynar xəttinə "bomba" xəbəri daxil olub.
Bununla bağlı aidiyyati orqanlar - hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri "Metropark"-da fövqaladə hal edib.
Hazırda ticarət mərkəzinin hər künc-bucağı təlim keçmiş köpəklərlə axtarış davam edir.