Təcili! Azərbaycanda xəstəxanada GÜCLÜ YANĞIN - Xəstələr...
Fövqəladə Hallar Nazirliyi Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən Sonxeber.az-a verilən məlumata görə, yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.