Gürcüstanda zəlzələ olub

Gürcüstanda səhər saatlarında 3,9 maqnitudalı zəlzələ baş verib.

APA-nın yerli bürosunun İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Dedoplistskaro yaxınlığında 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar barədə məlumat yoxdur.