Tbilisidəki Mtatsminda dağında yanğın başlayıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Mtatsminda dağındakı meşə ərazisində yanğın başlayıb.

APA-nin yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə helikopter cəlb olunub. Yanğınsöndürmə briqadaları hadisə yerindədir. Yanğının səbəbi hələlik məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirili ki, 50-dən çox yanğınsöndürən, 10-a yaxın yanğınsöndürmə texnikası və 1 helikopter yanğının aradan qaldırılmasına cəlb olunub. İlkin məlumatlara əsasən dağda ot örtüyü yanır. Yanğınla əlaqədar Mtatsminda dağında fəaliyyət göstərən funikulyorun fəaliyyəti təhlükəsizlik baxımından müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, avqustun 8-də gecə saatlarında adıçəkilən dağda güclü yanğın baş vermişdi.