Tbilisi hava limanının fəaliyyətində problem yaranıb
Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroport bir neçə aviareysin qəbulunu ləğv edib.
Gecə saatlarında ləğv olunmuş aviareyslər arasında Bakı-Tbilisi və Tehran-Tbilisi aviareysləri də olub. Moskva-Tbilisi reysini həyata keçirən təyyarə isə Kutaisi beynəlxalq hava limanına enib.
Hazırda aeroportun fəaliyyəti tam bərpa olunmaq üzrədir.