Türkiyəlilər internet qadağasına etiraz edirlər
İstanbulun Taksim meydanında "İnternetimə Toxunma" adlı etiraz aksiyasına polis müdaxilə edib.
Su şırnağı ilə kütləni dağırdan polisin onlarla insanı nəzarət altına aldığı bildirilir. Ölkənin digər şəhərlərində də etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti 5651 saylı qanuna etdiyi dəyişikliklə bəziinternet resurslarını məhdudlaşdırmağı qərara alıb. Bununla həmçinin online dərman satışı da qadağan olunub.