Dalga Televiziyasi Mehriban Əliyeva daha bir yüksək mükafata layiq görüldü- FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3418
DünənDünən5442
Bu həftəBu həftə31631
Bu ayBu ay3418
Bu günə qədərBu günə qədər8365049

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mehriban Əliyeva daha bir yüksək mükafata layiq görüldü- FOTO

altHeydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. 

Fonddan APA-ya verilən məlumata görə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxti diplomu ilə təltif olunub. 

Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplomda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həyata keçirdiyi nəcib xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə olunub və bu istiqamətdəki işlərində uğurlar arzu edilib.

Qeyd edək ki, bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır. 

Saytda Axtarış

ახალი ამბები