11 yaşlı uşağın meyiti 12 gün sonra tapıldı
Yuxarı Qarabağ kanalında batan 11 yaşlı uşağın meyiti tapılıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü ilin noyabrın 11-də Mingəçevirdə Yuxarı Qarabağ kanalında batan 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun axtarışları başa çatdırılıb.
Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 16 km aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.