Biznesmen Tbilisidə döyüldü

alt"Rusiya-Gürcü İttifaqı"nın sədri, biznesmen Mixail Xubutiya Tbilisidəki "Tavaduri" restoranında döyülüb.

ANS PRESS-in Gürcüstan mətbuatına istinadla verdiyi məlumata görə, ötən şənbə günü axşam qeydə alınan hadisədə restoranın mühafizə əməkdaşları da iştirak ediblər.

Gürcü əsilli biznesmen avtomobilindən əşya götürmək üçün küçəyə çıxıb. Qayıdan zaman mühafizə əməkdaşları onu içəri buraxmayıblar və döyüblər. Bildirilir ki, biznesmen ciddi bədən xəsarəti alıb.

M.Xubutiya hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib və ifadə verib.

Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə istintaq aparılır.