Dalga Televiziyasi Məktəblinin vəfat etməsi ilə bağlı cinayət işi başlandı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2944
DünənDünən6240
Bu həftəBu həftə27883
Bu ayBu ay33671
Bu günə qədərBu günə qədər8395302

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Məktəblinin vəfat etməsi ilə bağlı cinayət işi başlandı

Göygöl rayonunda orta məktəbdə baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

 

 Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatagörə, sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılması və dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Saytda Axtarış

ახალი ამბები