Azərbaycanda qurban bayramı namazının qılınma vaxtı açıqlanıb.

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, İslam aləminin müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanda bayram namazı sentyabrın 24-ü saat 09:00-da qılınacaq.

QMİ-də bildirilib ki, Qurban bayramı münasibətilə Təzə Pir məscidində mərasim olacaq, bayram namazı qılınacaq: "Azərbaycanın bütün məscidlərində Qurban bayramı münasibətilə namaz qılınacaq".
Qeyd edək ki, Qurban bayramı Azərbaycanda iki gün - sentyabrın 24-ü və 25-də qeyd olunacaq.