Dalga Televiziyasi Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün204
DünənDünən5185
Bu həftəBu həftə204
Bu ayBu ay47893
Bu günə qədərBu günə qədər8409524

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Martın 22-də azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp mahalı) rayonunda Yor Muğanlı orta məktəbinin açılışı olub.

"Dalğa TV"nin Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri Zaur Darğallı və digər rəsmi şəxslər iştirak edib.

Yor Muğanlı orta məktəbinin müəllimi İsmixan Məmmədovun APA-ya verdiyi məlumata görə, yeni məktəb müasir standartlara cavab verir: "Məktəbdə 12 sinif otağı var. Siniflər yeni parta və yazı lövhələri ilə, kompüterlərlə təmin olunub, istilik sistemi quraşdırılıb. Məktəbdə 60- dək müəllim 1200 şagirdə dərs deyir. Əvvəllər məktəb kirayə tutulmuş şəxsi evlərdə fəaliyyət göstərirdi. Yeni istifadəyə verilən məktəbdə Yor Muğanlı və Keşəli kəndlərindən gələn şagirdlər təhsil alır".

Qeyd edək ki, azərbaycanlıların kompakt yaşadığı Yor Muğanlı və Keşəli kəndlərində 1000-dən çox ailə yaşayır.

Saytda Axtarış

ახალი ამბები