Dalga Televiziyasi Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4392
DünənDünən5773
Bu həftəBu həftə41108
Bu ayBu ay46896
Bu günə qədərBu günə qədər8408527

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Bakı şəhərinin 167 nömrəli tam orta məktəbinin III sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında erməni idmançısını 10:0 hesabı ilə məğlub edərək I yerin sahibi olub.

Bakı Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, R. İsmayılov dəfələrlə beynəlxalq yarışlarda iştirak edərək parlaq uğurlar qazanıb, Azərbaycanı layiqincə təmsil edib.

R. İsmayılov karate idman növü üzrə Ukraynada keçirilmiş VIII dünya kubokunda I, İranda təşkil olunmuş dünya çempionatında III yerə layiq görülüb, Türkiyədə keçirilmiş VII dünya kubokunda isə 25 kq çəki dərəcəsində III yeri tutub.

R. İsmayılov ölkə səviyyəli yarışlarda da bir sıra ciddi nailiyyətlər əldə edib. Belə ki, karate idman növü üzrə İsmayıllıda keçirilən Azərbaycan çempionatında II, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş klublararası Respublika turnirində isə I yerə layiq görülüb.

Onu da qeyd edək ki, R. İsmayılov 2014-cü ildən “Əlincə” İdman Klubunda məşqçi Elşən Xamoyevin qrupunda şotokan karate idman növü ilə məşğul olur.

Saytda Axtarış

ახალი ამბები