Dalga Televiziyasi ABŞ-ın Gürcüstandakı səfirliyi Marneulidə azərbaycanlıların vəziyyəti ilə maraqlanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4552
DünənDünən5773
Bu həftəBu həftə41268
Bu ayBu ay47056
Bu günə qədərBu günə qədər8408687

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ-ın Gürcüstandakı səfirliyi Marneulidə azərbaycanlıların vəziyyəti ilə maraqlanıb

ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşları azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olub, bölgədəki vəziyyət, insanların həyat şəraiti ilə maraqlanıblar.

Marneuli Bələdiyyəsinin başçısı Merab Topçişvili səfirliyin əməkdaşlarına ətraflı məlumat verib. Bildirib ki, bu gün rayonda 128 min 100 nəfər yaşayır. Onların 86,4 faizini azərbaycanlılar təşkil edirlər.

Azərbaycanlılar Gürcüstan dövlətinin möhkəmlənməsində, müstəqilliyinin qorunmasında, iqtisadi inkişafında mühüm rol oynayırlar. Rayon gənclərinin sosial problemlərinin həlli, onlar üçün məşğulluq və əyləncə mərkəzlərinin yaradılması istiqamətində görülən işlər də diqqət mərkəzində olub.

Merab Topçişvili azərbaycanlıların mədəniyyəti, adət-ənənələri barədə qonaqlara ətraflı məlumat verib, Novruz bayramının mahiyyətindən danışıb. Bu bayramın baharın gəlişi ilə yanaşı, insanlar arasında birlik, bərabərlik bayramı olduğu xüsusi qeyd olunub.

Səfirliyin əməkdaşları martın 21-də Marneulidə keçiriləcək Novruz şənliyinə dəvət olunublar.

Qonaqlara bayram hədiyyələri təqdim olunub.

Saytda Axtarış

ახალი ამბები