Gürcüstanda güclü külək fəsadlar törədib

Martın 20-də əsən güclü külək Tiflis daxil olmaqla Gürcüstanın şərq bölgəsində fəsadlar törədib.

APA-nın “Gürcüstan-onlayn”-a istinadən verdiyi xəbərə görə, bəzi yerlərdə arabir küləyin sürəti saniyədə 20-25 metrədək yüksəlib.

Məlumata görə,  güclü külək Tiflisdə, Qoridə və Rustavidə evlərin damlarını uçurub, pəncərələri sındırıb, ağacları kökündən çıxararaq aşırıb, küçələrdə dayanan avtomobillərə ciddi ziyan vurub.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq xidmətlər gücləndirilmiş iş rejiminə keçiblər.