Dalga Televiziyasi Qardabanidə və Bolnisidə Novruz bayramına həsr olunan şənliklər keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4873
DünənDünən5773
Bu həftəBu həftə41589
Bu ayBu ay47377
Bu günə qədərBu günə qədər8409008

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qardabanidə və Bolnisidə Novruz bayramına həsr olunan şənliklər keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində Novruz bayramına həsr olunan möhtəşəm şənlik tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram şənliyində Qardabanidən Gürcüstan parlamentinə seçilən azərbaycanlı majoritar deputat Savalan Mirzəyev, rayon İcra başçısı Qoça Camalauri çıxış edərək gürcü və azərbaycanlı içtimaiyyət nümayəndələrini Novruz bayramının gəlişi münasibətilə təbrik ediblər.

Novruz bayramına həsr edilən şənlik rayon mərkəzindən bayram yürüşü ilə başlayıb. Şənlikdə bayram tonqalı alovlandırılıb və cıdır yarışı təşkil edilib. Şəhərin mərkəzində qurulan Novruz atributlarından ibarət güşələr, milli şirniyyatlarla bəzədilmiş süfrələr , Bahar qızının və keçəlin oyunları qonaqların və sakinlərin böyük marağına səbəb olub. Qardabanidəki istedadlı uşaqların şən rəqsləri, ifa etdikləri mahnılar, şeirlər bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb.  Günün ikinci yarısında Novruz şənliyi konsert proqramı ilə davam etdirilib.

Bolnisinin Kəpənəkçi kəndində keçirilən bayram tədbirində isə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, rayon icra hakimiyyəti başçısı David Şerezadişvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov və başqaları çıxış ediblər.

Qeyd edək ki, sabah Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və digər hökumət nümayəndələri azərbaycanlıların kompakt yaşadığı Marneulidə təşkil olunan Novruz bayramı şənliklərində iştirak edəcək.

Saytda Axtarış

ახალი ამბები