Dalga Televiziyasi Polisin saxlamaq istədiyi gənc özünü doğradı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4519
DünənDünən5773
Bu həftəBu həftə41235
Bu ayBu ay47023
Bu günə qədərBu günə qədər8408654

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Polisin saxlamaq istədiyi gənc özünü doğradı

Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə ülgüclə xəsarət yetirib.

Dalga tv musavat.com-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında “Koroğlu” metro stansiyasının keçidində baş verib.

Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digəri müqavimət göstərib. Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından ülgüc çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunun sərbəst buraxılmasını istəyib. Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

Saytda Axtarış

ახალი ამბები