“Binə” ticarət mərkəzində güclü yanğın

Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

Dalga tv FHN-in saytına istinadən bildirir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 kvadratmetr olan geyim mağazası içərisindəki mallarla, ümumi sahəsi 216 kvadratmetr olan digər geyim mağazalarının tavanları 22 kvadratmetr sahədə yanıb. Mağazların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.