Bakıda “Avromed”in avtomobili yandı
Səhər saatlarında Heydər Əliyev prospektində yanğın baş verib.
Dalga tv APA TV-yə istinadən xəbər verir ki, şəhər istiqamətində olan avtomobil qəfil alışıb.
Sürücü avtomobili saxlamağa və salonu tərk etməyə müvəffəq olub. “Avromed” şirkətinə məxsus avtomobil külə dönüb. Alışmanın səbəbi məlum deyil.