“Təzə bazar”da yanğın baş verib

Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Dalga tv-nin nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 kvadrat metr və piştaxtalar 400 kvadrat metr sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerindən foto və video APA-ya istinadla təqdim olunur.