Moskvada azərbaycanlı həmvətənlisinin avtomobilinə atəş açıb

Moskvada Şimali Butovo rayonunda başqasının avtomobilinə travmatik tapançadan atəş açmaqda şübhəli bilinən şəxs polislər tərəfindən saxlanılıb. 

Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarında olan mənbənin sözlərinə görə, hadisəyə şahid olan şəxs polisə müraciət edərək bildirib ki, “Audi A8” avtomobilini idarə edən naməlum şəxs “Toyota Camry” avtomobilinə tapançadan atəş açaraq hadisə yerindən qaçıb. 

Keçirilən əməliyyat nəticəsində 35 yaşlı azərbaycanlı saxlanılıb. Bir müddət sonra polisə 47 yaşlı azərbaycanlı müraciət edərək bu hadisədə zərərçəkən tərəf olduğunu bildirib. 

Fakt üzrə yoxlama aparılır, şübhəli bilinən şəxs saxlanılıb.