Tbilisidə güclü külək: Qayanın bir hissəsi yola uçdu

Güclü külək nəticəsində Tbilisinin mərkəzində qayanın bir hissəsi yolun hərəkət hissəsinə uçub. Bu barədə “İmedi” teleşirkəti məlumat yayıb.

Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, insident Qəhrəmanlar meydanına aparan yolda Kürün sağ sahilində baş verib. Güclü külək qayada bitən bir neçə ağacı kökündən çıxarıb.

Hazırda Çariça Tamara prospektinə qalxan yolda Heydər Əliyev adına sahilboyu üzrə hərəkət qismən bağlanıb. Avtomobillərin hərəkəti birtərəfli rejimdə həyata keçirilir.

Hadisə yerində şəhər xidmətlərinin əməkdaşları çalışır. Onlar yolun hərəkət hissəsini daş və budaqlardan təmizləyir.

Bu gün Tbilisidə küləyin sürəti saniyədə 20-25 metrə, şəhər ətrafında isə 30 metrə çatır.