Kaxetidə maşın məktəbli qızı vuraraq öldürdü
10 yaşlı qız Qurcaani rayonunun Cimiti kəndində yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Dalga tv Xeber.ge-yə istinadla xəbər verir ki, bədbəxt hadisə bu gün səhər qızın məktəbə getdiyi vaxt baş verib. O, məktəb yaxınlığındakı yolu keçirmiş.
Hadisə yerinə dərhal təcili tibbi yardım maşını gəlib. Uşaq hələ sağ olub. Onu üz sümüklərinin çoxsaylı sınıqları ilə yerli xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.