Tbilisidə iki velomarşrut olacaq
Tbilisidə iki marşrut ürzə velosiped xətləri çəkilir. Bu barədə şəhər meriyasının Şəhər nəqliyyatı xidməti məlumat yayıb.
Dalga tv Xeber.ge-yə istinadən xəbər verir ki, birinci 8 kilometrlik velosiped xətti Deda Ena parkından başlayacaq, Kürün hər iki sahili üzrə keçəcək və dairəvi olacaq. Velosiped xəttində iki işıqfor və bir neçə velodayanacağın quraşdırılması planlaşdırılır.
İkinci nisbətən qısa – 1,2 kilometrlik velosiped xətti Çar Miriana küçəsində çəkiləcək.
Məlumata əsasən, velosiped xətlərinin çəkilməsi üzrə işlər artıq başlayıb və yarım aydan sonra başa çatacaq. Velosiped xətlərinin çəkilməsi bir neçə layihə üzrə maliyyələşdirilir.